Treninqdə 16 ali və orta ixtisas təhsili müəssisəsinin nümayəndələri iştirak edib.
Təlimdə əvvəlcə QABİS-in aktuallığı, yaranma səbəbləri və əhəmiyyəti haqqında məlumat verilib və reyesterin yaranması ölkəmizdə dövlət orqanlarının fəaliyyətinin elektronlaşdırılması prosesinin tərkib hissəsi kimi qiymətləndirilib. Ümumilikdə 50-yə yaxın ali və orta ixtisas təhsili müəssisəsini özündə birləşdirən QABİS-in xüsusi qabiliyyət imtahanlarının daha təkmil həyata keçirilməsində gələcək rolu vurğulanıb.
QABİS-in yaradılmasında məqsəd peşəkar müəllimlərin imtahanlara cəlb edilməsinin genişləndirilməsi və kadr hazırlığını həyata keçirən təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq etməkdir.
İclasda reyesterlə işləmək qaydaları izah edilib və iştirakçıların sualları cavablandırılıb