Tədbir Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) Proqramının “Demokratiya, yaxşı idarəçilik və stabillik” Platformasının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində Ukraynanın paytaxtı Kiyev şəhərində təşkil olunub. Qeyd olunan tədbirdə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat sektorunun böyük məsləhətçisi Lalə Qədirova və Təşkilat şöbəsinin Təşkilati-metodiki təminat və təlimlər sektorunun aparıcı məsləhətçisi Rüfət Cahangirbəyli iştirak edib.
Seminarın keçirilməsində əsas məqsəd dövlət idarəçiliyi istiqamətində qanunvericilik bazasının yaradılması və genişləndirilməsi, normativ aktların, dövlət proqramlarının, strategiyaların icrasının maliyyələşdirilməsi üzrə Avropa İttifaqına və ŞT-na üzv ölkələrin təcrübəsinin öyrənilməsindən və bu istiqamətdə digər məsələlərin müzakirə edilməsindən ibarətdir.