Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator Anar Rəşidov cavabı yazı ilə ifadə olunan tapşırıqların və onların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblərlə bağlı təqdimat edib. Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Növbəti həftə kursda keçirilmiş mövzuların kurs iştirakçıları tərəfindən mənimsənilmə səviyyəsini yoxlamaq üçün imtahan təşkil olunacaqdır.
İmtahanda müvəffəqiyyət əldə etmiş iştirakçılar cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) mərhələsinə buraxılacaqlar. İmtahandan və kalibrləmədən uğurla keçmiş iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və DİM-lə əməkdaşlığa cəlb olunacaqlar.