Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri fənləri üzrə hazırlıq kurslarının Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçıları qəbul imtahanlarında istifadə edilən, cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçiblər. Kurs iştirakçıları kalibrləmə prosesi ilə tanış olub, meyarlar əsasında qiymətləndirilmənin aparılması qaydalarını öyrənmişlər.
Coğrafiya fənni üzrə isə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ikinci mərhələsinin (praktik) ikinci məşğələsi keçirilib.
Moderator Nərminə Seyfullayeva kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar müzakirə ilə bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Moderator iştirakçıları maraqlandıran sualları cavablandırıblar.