Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam orta təhsil səviyyəsi üzrə) imtahanı proqramları, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapacaq. Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunacaq.
Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə biləcəksiniz: http://www.abiturient.az/index.php?status=elaqe&lang=az
Sizə bu nömrədə nəşr olunacaq DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Ön söz”ünü Azərbaycan və rus dillərində təqdim edirik:
2018-ci il tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüzilliyinin qeyd olunacağı il kimi əlamətdardır. Ali təhsil sisteminin və universitetlərin yaradılması istiqamətində Azərbaycanda ilk addımlar da məhz müstəqilliyimizin ilk illərində atılıb. XXI əsrdə demokratiya və vətəndaş cəmiyyətinin inkişafı milli təhsil sistemi ilə sıx əlaqədardır. Təhsil hər zaman demokratik proseslərin nüvəsini təşkil edib, çünki yüksək təhsilli insan özünün həm vətəndaşlıq vəzifələrinə, həm də hüquqlarına məsuliyyətlə yanaşır.
Hazırkı dövrdə hər bir dövlətin taleyini təbii resurslar və ərazisi deyil, onun insan inkişafı indeksi müəyyən edir. İstənilən ölkədə açıq və demokratik cəmiyyətə, güclü dövlətə nail olmaq üçün, həmin ölkənin vətəndaşları müasir zamanda dünyada baş verən siyasi, iqtisadi, elmi və texniki prosesləri dərk etməlidirlər.
Ölkə Prezidenti cənab İlham Əliyev gənclərlə görüşündə bu haqda demişdir: “İndiki dövr inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq. İnkişaf etmiş ölkələrdə, onların böyük əksəriyyətində neft-qaz yoxdur. Onların böyük şirkətləri var. Onlar gedib xarici ölkələrdə neft-qaz hasil edirlər və öz büdcələrinə vergi ödəyirlər. Onlar nəyin hesabına inkişaf edirlər? Ancaq texnologiya, bilik və savad hesabına”.
Bəs bəşəriyyətin gələcəyi necə olacaq, bu gün öz həyat yolunu (öz ixtisasını) seçən siz gəncləri 10-20 il sonra nə gözləyir?
Hələ keçən əsrin 60-cı illərində qərb ölkələrinin elmi dairələrində məşhurlaşmış yeniliklərin yayılması nəzəriyyəsi yeni ideyaların və texnologiyaların müxtəlif cəmiyyətlərdə yayılmasının səbəblərini, xüsusiyyətlərini və sürətini izah etməyə çalışırdı. Bu nəzəriyyənin əsası qoyularkən innovasiya, kommunikasiya kanalları, zaman, sosial sistem onun əsas elementləri kimi müəyyən olundu. Aparılan araşdırmalar göstərdi ki, insan cəmiyyəti a) yenilikçilərə - yeni ideya və məhsul yaratmağa qadir insanlara (onlar əhalinin 2.5%-ni təşkil edir); b) yenilikləri sürətlə mənimsəyən və tətbiq edənlərə (bu insanlar 13.5% təşkil edir); c) yenilikləri kommunikasiya kanalları və sosial sistemlər vasitəsilə mənimsəyən “erkən kütlə”yə (34%); d) yenilikləri daha gec mənimsəyən “gecikmiş kütlə”yə (34%); e) geri qalanlara – yenilikləri qəbul etmək istəməyənlərə (16%) ayrılır. Əgər sizin üçün alacağınız ixtisasın əhəmiyyəti yoxdursa və ali məktəbə yalnız diplom almaq xatirinə daxil olmaq istəyirsinizsə, siz gələcəkdə ən yaxşı halda “gecikmiş kütlə”yə aid olacaqsınız. Sizin həyatınızda şüurlu seçilmiş ciddi hədəfiniz olmalıdır. Sizin valideynləri razı salmaq, həmyaşıdlardan dala qalmamaqdan daha mənalı stimulunuz olmalıdır. Gecikənlərin sırasına düşməmək üçün siz gələcəkdə nə işlə məşğul olmaq istədiyinizi dərk etməlisiniz. Həyatınızın bu mərhələsində sizə universitetlərin çoxsaylı tədris proqramları arasından azad seçim etmək imkanı təmin olunub.
Bəs siz kim olmaq istəyirsiniz? Hansı növ fəaliyyət sizin gələcəkdə xoşbəxt insan olmağınıza səbəb ola bilər? Söhbət sevimli işlə məşğul olduğunuza görə xoşbəxt olmaqdan gedir. Nə qədər ki, siz özünüz bu suala cavab verməmisiniz, nə qədər ki, sizin həyatınızda əsl hədəfiniz yoxdur, sizin (və ya valideynlərinizin sizin əvəzinizə etdiyi) ixtisas seçiminiz yanlış olacaq. Həyatda özünüzə əsl hədəflər qoymağı bacarın, bu haqda indi düşünün, özünüzü anlamağa çalışın. Bu haqda valideynlərinizlə və müəllimlərinizlə, böyüklərlə, hörmət etdiyiniz insanlarla, öz dostlarınızla danışın, ixtisaslar haqqında məqalələr və kitablar oxuyun. Öz bacarıqlarınızı, qabiliyyətlərinizi, biliklərinizi və istedadınızı düzgün qiymətləndirin. Arximed, “Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən oynadım” deyirdi. Sizin üçün nəyin həyatda dayaq nöqtəsi ola biləcəyini düşünün. Siz özünüz bu suallara cavab tapmalısınız.
XX əsrin böyük psixoloqu və pedaqoqu Lev Vıqotski deyirdi: “Ancaq insanın öz davranışlarını idarə etdiyi bariz şəkildə görünəndə biz onun şəxsiyyət kimi formalaşdığını deyə bilərik”. Onun fikrincə öz davranışlarını idarə etmənin açarı eyni dərəcədə cəlbedici görünən alternativlər arasından seçim edə bilmək qabiliyyətidir.
Öz həyat hədəfinizi dərk edərək şəxsiyyət olun. Arzu etdiyiniz hədəfə aparan yolu siz müstəqil şəkildə seçməlisiniz. Cəsarətli olun! Sizə uğurlar!
2018 год очень знаменателен для нашей истории как год столетия образования первой демократической республики в Азербайджане. Именно в те далекие первые годы нашей независимости были предприняты и первые шаги к формированию в Азербайджане системы национального высшего образования, созданию первых университетов.
Сейчас в XXI веке развитие демократии и гражданского общества неразрывно связано с развитием национальной системы образования. Образование всегда было ядром демократических процессов, так как образованный человек ответственно относится и к своим гражданским обязанностям, и к своим гражданским правам.
В настоящее время не наличие природных ресурсов и территорий, а индекс человеческого развития определяет судьбу любой страны. Чтобы общество в любой стране было открытым и демократическим, чтобы государство было сильным, граждане этой страны должны разбираться в экономических, политических, научных и технических процессах, происходящих в мире в это время.
На встрече с молодёжью президент страны Ильхам Алиев сказал об этом так: «Нынешний же период, как в развитых странах, будет больше периодом инноваций, интеллектуального развития. За счет чего они развиваются? В развитых странах, в подавляющем большинстве из них нет ни нефти, ни газа. У них крупные компании. Они добывают нефть и газ в зарубежных странах и выплачивают налог в свои бюджеты. За счет чего они развиваются? Только за счет технологий, знаний и грамотности».
Каким будет будущее человечества, что ожидает через 10-20 лет вас, молодых людей, выбирающих сегодня свой жизненный путь?
Еще в 60-е годы прошлого века в научных кругах западных стран была популизирована теория, называемая диффузия инноваций. Эта теория стремилась объяснить, как, почему и с какой скоростью новые идеи и технологии распространяются через разные культуры. Когда закладывались основы этой теории, были определены ее ключевые элементы: инновация, коммуникационные каналы, время, социальная система. Проведенные исследования показали, что человеческое сообщество делится на: а) инноваторов – людей, способных создавать новые идеи и продукты – их в мире всего 2,5%; б) людей, которые быстро усваивают и адаптируют инновации к жизни – их всего 13,5%; в) раннюю массу – они усваивают инновации через коммуникационные каналы и социальные системы - их 34%,; г) позднюю массу («опоздавших») – их тоже 34% - они осваивают инновации гораздо позже; д) отстающих – они не хотят осваивать инновации, их 16%. Если вы хотите поступить в вуз, чтобы просто получить диплом, неважно по какой специальности, лишь бы диплом, то вы рискуете в будущем оказаться в лучшем случае среди «опоздавших». У вас в жизни должна быть настоящая серьезная цель. Вами должны двигать не только чувства: угодить родителям, не отстать от сверстников. Вы должны осознать, чем вы хотите заниматься в будущем, чтобы не оказаться среди опоздавших. На этом этапе вашей жизни вам обеспечена возможность свободного выбора из существующего множества образовательных программ университетов и вузов нашей страны.
Так кем же вы хотите стать? Какой род занятий может сделать вас счастливым человеком в будущем? Счастливым, потому что занимаетесь любимым делом. Пока вы не ответили самому себе на этот вопрос, пока у вас нет настоящей цели в жизни, выбор вами (или вашими родителями за вас) специальности и вуза будет неверным. Умейте ставить себе в жизни настоящие цели, думайте об этом сейчас, попытайтесь понять себя. Поговорите с родителями и учителями, со старшими, с теми, кого вы уважаете, со своими друзьями. Почитайте книги и статьи о профессиях. Оцените правильно свои умения, навыки, знания и таланты. «Дайте мне точку опоры, и я переверну Землю!» - воскликнул Архимед. Подумайте, что может стать в жизни вашей точкой опоры? Вы сами должны найти ответы на эти вопросы.
Лев Выготский – великий психолог и педагог ХХ столетия утверждал: «Мы только тогда можем говорить о формировании личности, когда имеется налицо овладение собственным поведением». Он считал, что ключом к овладению своим поведением является умение сделать выбор из возможных равнопривлекательных альтернатив.
Будьте личноcтью, осознав свою цель в жизни. Вы должны самостоятельно выбрать образовательную траекторию, ведущую к этой цели. Дерзайте! Успеха вам!