Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 3-cü nömrəsini nəşr edib. Bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, "Elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:- Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
- Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.