Jurnalda 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Jurnalın Azərbaycan və rus bölməsi üzrə elektron versiyasını ("pdf" formatda) www.abiturient.az saytından ödəniş etməklə əldə etmək olar.