Hazırda ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.
Müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər. Səyyar Abituriyent Məsləhət Mərkəzlərinin iş qrafiki və ünvanları haqqında keçiddən tanış ola bilərsiniz.
Rayon Təhsil Sektorlarında fəaliyyət göstərən Səyyar Abituriyent Məsləhət Mərkəzləri
Abituriyent Məsləhət Mərkəzlərinin ünvanları
Xatırladaq ki, ixtisas seçimindən öncə Abituriyent Məsləhət Mərkəzlərinin əməkdaşları ilə növbəti görüş keçirilib. Görüşdə Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova hər bir ixtisas qrupu üzrə müsabiqə vəziyyəti, statistik göstəricilər əsasında müəyyən təhlillər, ixtisas seçimi ilə əlaqədar vacib məqamlar, müsabiqə şərtləri və s. haqqında ətraflı məlumat verib.
Rayon təhsil sektorlarına isə DİM-in regional bölməsinin əməkdaşları ezam olunacaq.