Martın 15-dən fəaliyyətə başlayacaq “Abituriyent Məsləhət Mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərəcəklər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər.
“Abituriyent Məsləhət Mərkəzləri” aşağıda qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər.
Bakı şəhəri
Azərbaycan Universiteti
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71.
Telefon: +994 12 431 41 12 (daxili nömrə:172)
Bakı Biznes Universiteti
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç., 88a.
Telefon: +994 12 431 91 18
Qərbi Kaspi Universiteti
Əsas bina
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç., 27.
Telefon:+994 12 492 61 63
Qərbi Kaspi Universiteti 4-cü korpus
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., 3/21.
Telefon: +994 12 565 39 76
Qərbi Kaspi Universitetinin Kolleci
Ünvan: Bakı şəhəri, Cəfər Xəndan küç., 15 B.
Telefon:+994 12 5635542
Dövlət İmtahan Mərkəzinin regional bölmələri
Naxçıvan MR Regional Bölməsi
Naxçıvan şəhəri, Nizami küçəsi, 10.
(036 5) 44 04 02;
Göyçay Regional Bölməsi
Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43.
(020 27) 4 66 74;
Şəki Regional Bölməsi
Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182.
(024 24) 4 66 14;
Xaçmaz Regional Bölməsi
Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b.
(023 32) 5 01 21;
Lənkəran Regional Bölməsi
Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52.
(025 25) 5 24 82;
Gəncə Regional Bölməsi
Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina.
(022 25) 6 50 67;
Şirvan Regional Bölməsi
Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19.
(021 21) 5 15 23;
Bərdə Regional Bölməsi
Bərdə ş., H.Əliyev prospekti, 100.
(020) 205-01-86.
Şəmkir Regional Bölməsi
Şəmkir, Bakı-Qazax şosesi, İnzibati bina “West gate”.
(+994) 055 214 97 00