• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      ABŞ-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 49-cu illik konfransı keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      26.09.2024 17:28

      22 – 25 sentyabr 2024-cü il tarixlərində ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində “Süni intellekt təhsilin qiymətləndirilməsinin təkmilləşməsinə necə kömək edə bilər"? mövzusunda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 49-cu illik konfransı keçirilib. Təhsildə Qiymətləndirmə Xidmətinin (ETS) ev sahibliyi etdiyi konfransda Dövlət İmtahan Mərkəzinin (DİM) Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsinin müdiri Tural Mustafayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov, Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva və həmin şöbənin aparıcı məsləhətçisi İlahə Nəbizadə iştirak ediblər.

      DİM-in əməkdaşları 22 sentyabr 2024-cü il tarixində konfrans çərçivəsində keçirilmiş “Formativ qiymətləndirmə bacarıqlarının təkmilləşdirilməsi: İnkişaf etməkdə olan ölkələrin təhsilinə təsirləri”, “Genişmiqyaslı qiymətləndirmələrdə tələbə və qrup davranışlarını anlamaq və öyrənmək üçün metodologiyalarda yeniliklər” və “Yazı işlərinin qiymətləndirilməsində süni intellektin istifadəsinin ən yaxşı təcrübələri” adlı seminarlarda iştirak ediblər.

      IAEA-nın prezidenti Meri Pitoniak və ETS-in icraçı direktoru Amit Sevakın açılış nitqləri ilə başlayan konfrans, əsas məruzəçilərin çıxışları, panel müzakirələri və paralel sessiyalarla davam etmişdir.

      Konfransın ilk günündə K.Hacıyeva “İmtahan formatının namizədlərin ehtiyaclarına uyğunlaşdırılması: hibrid imtahan modelinə doğru kiçik addım”, İlahə Nəbizadə isə “Azərbaycanda tam orta təhsil səviyyəsində ingilis dili üzrə oxu bacarığını yoxlayan test tapşırıqlarının spesifikasiyaları” adlı təqdimatlarla çıxış ediblər (konfransın proqramı – https://bit.ly/4ew0szN). K.Hacıyeva öz təqdimatında təhsil sahəsində müşahidə olunan davamlı inkişafı nəzərə alaraq, imtahan mərkəzlərinin də namizədlərin artan ehtiyacları və gözləntilərini qarşılamaq üçün daim yeniliklər etməli olduqlarını və bir çox imtahan mərkəzlərinin artıq bu rəqəmsal inqilaba cavab olaraq, hibrid imtahan modelini tətbiq etdiklərini qeyd edib. Çıxışı zamanı o, akademik dürüstlüyün qorunub saxlanılmasında, müxtəlif səviyyələrdə və imtahanlarda imtahan verənlərin ədalətli və bərabər imkanlar yaradan imtahan təcrübəsinin təmin edilməsində DİM-in mühüm rolu olduğunu vurğulayıb. İ.Nəbizadə isə öz təqdimatında tam orta təhsil səviyyəsində buraxılış imtahanının modeli, qiymətləndirilən bacarıqlar, xüsusilə də, oxu bacarığı haqqında məlumat verib. O, öz çıxışında 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında istifadə edilmiş oxu bacarığını yoxlayan test tapşırıqlarının spesifikasiyaları və statistik təhlillərinin nəticələri barədə məlumatlar təqdim edib.

      Konfransın növbəti günündə E.Şirinov “IAEA-in təqdim etdiyi Təhsilin Qiymətləndirilməsi Təşkilatları üçün Beynəlxalq Standartların yenilənməsi” mövzusunda keçirilmiş panel sessiyada iştirak edib. Pakistanın Ağa Xan Universitetinin Qiymətləndirmə Mərkəzinin icraçı direktoru Navid Yusufun moderatorluğunda keçirilən panel sessiyada həmçinin Zambiyanın İmtahanlar Şurasının icraçı direktoru Maykl Çilala da iştirak edib. Standartların işlənib hazırlanmasını həyata keçirən IAEA-in tanınma komitəsinin üzvləri də onlayn şəkildə müzakirələrdə iştirak ediblər. Məlumat üçün bildirək ki, DİM 2023-cü ildə standartların təkmilləşdirilməsi üzrə keçirilən pilot layihə çərçivəsində standartlar əsasında özünüqiymətləndirmədə iştirak etmişdir. Sessiya zamanı E.Şirinov əvvəlcə DİM-in fəaliyyəti, sahə üzrə yaxşı təcrübələri, o cümlədən əldə olunan nailiyyətlər və tətbiq olunan yeniliklər barədə iştirakçıları məlumatlandırıb. Sonra isə o, DİM-in pilot layihədə iştirakı zamanı əldə olunan nəticələri, sərf olunan resursları və layihədə iştirakın faydaları ilə bağlı moderator tərəfindən verilən sualları cavablandırıb, həmçinin təqdim olunan standartların daha faydalı şəkildə istifadəsi ilə bağlı təklifləri bildirib (Beynəlxalq Standartlar – https://bit.ly/3zyuHXU).

      Qeyd edək ki, DİM (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən IAEA-nın daimi üzvüdür, 2007 və 2019-cu illərdə təşkilatın illik konfranslarına ev sahibliyi edib.

      Konfrans haqqında ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür: http://bit.ly/3ZDhisp


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 1
      • 2
      • 3
      • 4
      • 5

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram