1-3 noyabrda Abşeron, Xızı və Sumqayıt şəhərlərində 2018/2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsinin başlanması ilə əlaqədar olaraq seminarlar keçirilib.
Seminarlarda DİM əməkdaşları tərəfindən şəhər (rayon) təhsil şöbələrinin və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə “Şagird-məzun” dövlət elektron məlumat sisteminin iş prinsipi haqqında geniş məlumat verilib. Ötən ildə məlumatların sistemə daxil edilməsi ilə bağlı yol verilən nöqsanlar seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Bundan başqa seminar iştirakçılarına 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə tutulan yeniliklər və imtahan modeli haqqında məlumat verilib.
Seminarda iştirakçılara “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi və nəzarətçi bazasının formalaşdırılması ilə bağlı da məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.