ADA Universiteti uyğun kənd təsərrüfatı yönümlü ixtisasları bitirən subbakalavrın ali təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə universitetin “Heyvandarlıq” (Animal Science) bakalavriatura proqramına aşağıdakı meyarlara uyğun qəbul təklif edir:
- Müvafiq ixtisas uyğunluğu;
- Subbakalavr diplomu üzrə ortalama göstəricinin minimum 90% olması;
- ADA Universiteti tərəfindən daxili müsahibə mərhələsinin uğurla keçilməsi (müsahibələrin ADA Universitetinin müəllim heyətinin iştirakı ilə 12-13 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur).
Maraqlanan namizədlər bachelors@ada.edu.az poçtuna yaza bilərlər.