Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə, şöbə müdirləri Afiqə Batıyeva, Natiq Əliyev, Oleq Şelaginov və aparıcı məsləhətçi Könül Həsənova 7-8 iyun 2018-ci il tarixlərində ADA Universitetində “Təhsilin Strateji Planlaşdırılması: Düşüncələr və Perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.
Konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Xorvatiya, İsveçrə və Qırğızıstanın nümayəndələri təmsil olunmuşlar.
Məleykə xanım Abbaszadə 7 iyun tarixli plenar iclasda çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda Dövlət İmtahan Mərkəzinə aid edilən məsələlərin yerinə yetirilməsi haqqında məlumat vermiş, 8 iyun tarixli plenar iclasda isə, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi: Çağırışlar və Perspektivlər” mövzusunda çıxış etmiş və sualları cavablandırmışdır.
Seksiya iclaslarında “Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyası” mövzusunda təqdimatlar dinlənilmiş və müzakirələr aparılmışdır.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları qeyd edilən məsələlər haqqında fikir mübadiləsində iştirak etmişlər.