Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Mərkəz tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.
5-9 avqust 2024-cü il tarixlərində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.
Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.