İclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri sənət istiqamətinə aid ixtisasları üzrə kadr hazırlığını həyata keçirən mütəxəssisləri iştirak ediblər.
İşçi qrup 2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında olan yeniliklər və rəsm imtahanının alt qiymətləndirmə meyarlarını müzakirə edib.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcək.
Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləyin.