Seminarda magistraturaya 2019 - 2020-ci tədris ili üçün qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədi ilə “Magistr” jurnalının 2019-cu il tarixli 2-ci nömrəsində çap olunacaq ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan test tapşırığı nümunələri müzakirə olunmuşdur.
DİM-in böyük məsləhətçisi Rövşən Əsədov ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan test tapşırığı nümunələrini təqdim etmişdir.
Seminar iştirakçılarından F. Fəttayev, R. Xəlilov, İ. Cəfərova, S. Abdullayev, Y. Dirina və başqaları təqdim olunan test tapşırığı nümunələri ilə bağlı fikirlərini bildirmişlər. Müzakirə nəticəsində test tapşırığı nümunələrindən ibarət ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üzrə test bloku ekspertlər tərəfindən bəyənilmişdir. Həmin blokun redaktə xarakterli düzəlişlər edilməklə “Magistr” jurnalının 2019-cu il tarixli 2-ci nömrəsində dərc olunaraq bakalavrlara təqdim edilməsi qərara alınmışdır.