Xüsusi qabiliyyət tələb edən Dekorativ tətbiqi sənət və Dizayn ixtisasları üzrə rəsm imtahanlarının keçirilməsi cədvəli
Qabiliyyət imtahanı komissiyasının kodu |
İxtisas/fənn |
İmtahan tarixi |
İmtahanın keçirilmə yeri |
15 |
Dekorativ tətbiqi sənət/rəsm |
18, 19, 20 iyun |
Bakı şəhəri 167 nömrəli tam orta məktəb (Yasamal rayonu, Şərifzadə küçəsi 152) |
14 |
Dizayn/rəsm |
20-25 iyun, 3-6 iyul |
Qeyd olunan komissiyalar üzrə qeydiyyatdan keçmiş abituriyentlər qeydiyyatdan keçdikləri səhifədən “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər.
İmtahanın nəticələri 3 gün ərzində elan olunur və DİM-in saytında – hər bir imtahan iştirakçısının müvafiq Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçdiyi səhifəsində yerləşdirilir.
İki fəndən imtahanı olan QİK üzrə qeydiyyatdan keçən abituriyentlərə hər imtahan fənni üçün ayrıca buraxılış vərəqələri verilir. Təsviri sənət istiqamətinin iki fənn üzrə (rəsm və rəngkarlıq) imtahanı olan komissiyaları bunlardır: Rəngkarlıq, Qrafika, Dekorativ tətbiqi sənət, Heykəltəraşlıq. Dizayn və təsviri incəsənət müəllimliyi komissiyaları üzrə qeydiyyatdan keçən abituriyent yalnız bir imtahan - rəsm imtahanı verir.
Bir neçə QİK üzrə qeydiyyatdan keçən abituriyentlərin eyni məzmunlu imtahanlarda təkrar iştirakının qarşısını almaq məqsədilə cədvəldə göstərilən fənlər üzrə bir komissiyadan alınan müsbət qiymətin digər komissiyaların da eyni fənninə şamil edilməsi nəzərdə tutulur. Şamillər haqqında ətraflı məlumat “Abituriyent” jurnalınının xüsusi buraxılışı olan “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə nəşrdə verilmişdir.