İclasda ali və orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqamətinə aid ixtisasları üzrə kadr hazırlığını həyata keçirən mütəxəssisləri iştirak ediblər. İşçi qrup musiqi sənəti istiqaməti üzrə ötən qəbul ilinin yekunlarını və 2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarına hazırlıqla bağlı məsələləri müzakirə edib.
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci və 2-ci nömrəsində nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləyin.