İştirakçılar görüşdən əvvəl DİM-də yaradılan və ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə tanış olublar.
Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə, ADBTİA-nın Elmi Şurasının katibi Bəxtiyar Rüstəmov və DİM-in İmtahanların təşkili və idarəedilməsi departamentinin müdiri Azər Bağırov iştirak edib.
İclasın əsas məqsədi bu il bədən tərbiyəsi və idman istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının qəbul şərtləri, imtahan yerləri və digər məsələləri müzakirə etmək olub.
Görüşdə, həmçinin müvafiq istiqamət üzrə qabiliyyət imtahanı proqramları təsdiq olunub.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanı proqramları və normativlər yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq.