7 aprel 2025-ci il tarixində aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 30 nəfər iştirak edib. 10 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 8, 9 və 10 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.