• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      “Azərbaycan dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri” mövzusunda dəyirmi masa keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      22.05.2023 20:58

      22 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, millət vəkili Nizami Cəfərov, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu və AMEA-nın həqiqi üzvü, Folklor institutunun direktoru, filologiya elmləri doktoru, professor Muxtar İmanov, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları: direktor müavini Ülkər Babayeva, Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov, filologiya elmləri namizədi, dosent Əsgər Quliyev, “Azərbaycan dili” dərsliklərinin müəllifi, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov və Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Səbinə Əliyevanın iştirakı ilə “Azərbaycan dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri” mövzusunda dəyirmi masa keçirilmişdir.

      Tədbirdə həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva və DİM-in digər mütəxəssisləri, o cümlədən DİM-in ekspertləri: Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi Sədaqət Əliyeva, Türkiyə Dəyanət Vəqfi Bakı-Türk liseyinin müəllimi Saməddin İbrahimov, Bakı şəhəri 299 nömrəli məktəb-liseyin müəllimi Nuriyyə Verdiyeva, AMEA Folklor İnstitutunun böyük elmi işçisi Zəfər Fərhadov, Bakı şəhəri 281 nömrəli məktəbin müəllimi və filologiya üzrə fəlsəfə doktoru Flora Osmanova iştirak etmişlər.

      M. Abbaszadə “Azərbaycan dili fənnindən buraxılış imtahanlarının nəticələri” mövzusunda təqdimatla çıxış etmiş, 2022-2023-cü tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlilini təqdim etmişdir. Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva isə “Xarici dillərin qiymətləndirilməsi” mövzusunda təqdimat etmişdir.

      Təqdimat mövzuları ətrafında müzakirələr aparılmış, buraxılış imtahanlarında Azərbaycan dili fənni üzrə istifadə olunmuş tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə və məzmun standartlarına uyğunluğu, mətnlərin məzmununun Azərbaycan dilinin nitq normalarına, dil qaydalarına və üslubi imkanlarına uyğun olması, xarici dil fənlərindən fərqli olaraq, bir tədris dili kimi Azərbaycan dili fənninin tədrisinə verilən tələblərin daha ciddi olması məsələləri müzakirə edilmişdir.

      Müzakirədə Azərbaycan dilinin tədrisində bir çox problemlərin olduğu, müvafiq fənn üzrə tədrisin səviyyəsini yüksəltməyə böyük ehtiyac duyulduğu qeyd edilmişdir. Məktəblilər üçün orfoqrafiya və orfoepiya lüğətinin təkmilləşdirilməsi zərurəti diqqətə çatdırılmış, Azərbaycan dili fənninin tədrisi ilə bağlı şagirdlərə təqdim edilən mətnlərin məzmununa, həcminə verilən tələblər müzakirə edilmişdir.

      Akademiklər N.Cəfərov, M.Nağısoylu və M.İmanov qeyd etmişlər ki, Azərbaycan dili fənni üzrə oxuyub-anlama, yazı bacarıqlarının qiymətləndirilməsinə xarici dil fənləri ilə müqayisədə daha ciddi tələblər qoyulmalıdır. Buna səbəb kimi şagirdlərin gələcək həyatında ana dili üzrə oxuyub-anlama, yazı bacarıqlarının önəmli rol oynaması göstərilmiş, həm şəxsiyyətlərin fərdi inkişafında, həm də cəmiyyətin tərəqqi etməsində ana dilinin inkişafının rolu xüsusi qiymətləndirilmişdir.

      Göstərilən məsələlərlə bağlı çıxış edən S.Əliyeva, S.İbrahimov, N.Verdiyeva və F.Osmanova da öz fikir və təkliflərini bildirmişlər.

      Müzakirə nəticəsində buraxılış imtahanlarında Azərbaycan dili fənni üzrə istifadə olunmuş tapşırıqlarla yoxlanılan bilik və bacarıqların fənn kurikulumunun təlim nəticələrinə və məzmun standartlarının tələblərinə uyğun olduğu öz təsdiqini tapmışdır.

      Görüşdən əvvəl qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə də tanış olublar.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram