Gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 7 və 10-cu sinif dərsliklərinin təhlili olub.
Dərsliklərdəki yeniliklər, dəyişikliklər təhlil edilib. 2023-cü ildə 9 illik (ümumi orta) və 11 illik (tam orta) təhsil bazasından buraxılış, həmçinin ixtisas qrupları üzrə qəbul imtahanlarında dərsliklərdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək şagirdlər və abituriyentlər tədris prosesində həmin dərslikləri keçməyiblər.
Növbəti iclaslarda müzakirələr davam edəcək.