“İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri Dövlət İmtahan Mərkəzi tərəfindən ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanır.
DİM-in digər nəşrləri kimi, Azərbaycan dili və riyaziyyat fənləri üzrə “2, 3 və 4‑cü siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitlərini abiturient.az saytından onlayn sifariş verə bilərsiniz.
Sifarişlər "Abituriyent" jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5 gün ərzində ünvana çatdırılır.
Hazırda bu fənlər üzrə “1-ci siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitlərinin üzərində iş gedir. Vəsaitlər hazır olduqdan sonra çap olunacaq və şagirdlərin istifadəsinə veriləcəkdir.
Vəsaitlərə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiq etdiyi mövcud dərsliklər əsasında hazırlanıb və şagirdlərin idrakyömümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.
DİM nəşrlərinin onlayn sifariş qaydası: Video təlimat