Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsis olunan “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunun şəxslər arasında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlarzadə Xanlar da yer alıb.
Yubiley medalını X.Xanlarzadəyə təqdim edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və kollektivin digər üzvləri onu təbrik edərək gələcək fəaliyyətində uğurlar arzu ediblər.
Qeyd edək ki, yubiley medalı MEDİA Agentliyi tərəfindən bu sahənin inkişafında xüsusi xidmətləri olan, mediada səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən şəxslərə verilib.