Səfərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdir müavini, Dövlət Qulluğunu İdarəetmə Şurasının katibi Səriyyə Hacıyeva, layihənin beynəlxalq eksperti Gülzar Quliyeva, Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov, Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev, Səriştə və davranışların qiymətləndirilməsi sektorunun məsələhətçisi Nazlı Abduləlimova iştirak ediblər.
Təlim Belçika Federal Dövlət Xidməti Siyasəti və Dəstəyi (BOSA: Federal Public Service Policy and Support https://bosa.belgium.be/en) qurumu tərəfindən dövlət qulluğunda davamlı peşəkar inkişaf və karyera planlaması üzrə təcrübənin paylaşılması məqsədilə keçirilib. Səfər zamanı iştirakçılar Federal Dövlət Xidmətinin Sosial Müdafiəsi və Avropa Kadr Seçimi Ofisini ziyarət ediblər. Beş gün davam edən təlimdə Belçika və onun federal idarəsi, dövlət xidməti daxilində səriştə əsaslı işə qəbul və seçim, dövlət qulluğunda rəhbər şəxslərin işə qəbulu və seçilməsi, insan resurları və liderlik - liderliyə dair yeni federal baxış, federal administrasiya daxilində bacarıqların artırılması və insan resurslarının inkişafı mövzularına dair təqdimatlar nümayiş olunub.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemindəki islahata dəstək" 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.
Layihə ilə əlaqəli digər xəbərlərə keçidlər:
https://dim.gov.az/news/7927/?sphrase_id=1275168