Azərbaycanın müxtəlif mərkəzi icra hakimiyyəti orqanı nümayəndələri və Dövlət İmtahan Mərkəzinin əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” AZ/15/ENP/OT/40 Tvinninq layihəsi çərçivəsində 18-19 aprel 2018-ci il tarixlərində təlim kursuna cəlb edilmişdir.
Təlimin mövzusu dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqədar olduğundan təlimdə əsasən xidməti fəaliyyətin qiymətləndirilməsində iştirak edən rəhbər vəzifəli şəxslər iştirak etmişdir. Litvalı ekspertlər Rimantas Klepacius, Renata Sadzeviciute və Avqustas Rucinskas dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, tapşırıqların quruluşu, qoyulmuş tapşırıqların qurumun strateji planı ilə əlaqələndirilməsi və qiymətləndirmənin nəticələrinin dəyərləndirilməsi sahəsində təcrübələrini iştirakçılarla bölüşmüşlər.
19 aprel tarixində pilot layihə iştirakçıları olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də DİM əməkdaşları təlimə cəlb edilmişdir. Adıçəkilən qurumlar Layihə çərçivəsində təklif edilən xidməti fəaliyyətin qiymətləndirilməsinə dair təkliflərin əyani tətbiqinə nəzarət üçün həyata keçirilən pilot layihədə iştirak edirlər. İştirakçılar təlimdə təqdim edilən mövzulara dair praktik tapşırıqların həll edilməsində fəal iştirak etmişdir.
******
Representatives from different state bodies of Azerbaijan were involved to training course within the EU funded Twinning project “Support to further reforms of the civil service system in Azerbaijan” AZ/15/ENP/OT/40 on 18-19 April 2018. As the topic of the training was “Performance appraisal of civil servants” Managerial position personnel who participate at the assessment process were involved to the training. Lithuanian experts Mr. Rimantas Klepacius, Mrs. Renata Sadzeviciute and Mr. Augustas Rucinskas shared with participants experience in the field of assessment of performance, formulation of tasks, linking tasks with strategic planning of the organization, result based assessment. Participants were practically trained for setting result oriented tasks.
The second day of the training was organized for representatives of the pilot institutions - Ministry of Economy, State Agency for Public Service and Social Innovations under the President of the Azerbaijan, State Committee for City Building and Architecture, as well as for representatives of the SEC. Mentioned institutions participate in a pilot project organized by the Twinning project. The purpose of the pilot project is to test in practice how the new proposed system of civil servants' performance appraisal works.
In the framework of the project, one more session of the training is planned to organize.