Bakalavriat səviyyəsinin Məşqçilik (61) ixtisasının idman növləri üzrə ixtisas imtahanında iştirak edəcək abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
"Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, bina, lazımi sənədlər, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar əksini tapıb.
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən idman növü üzrə müvafiq geyim və ya zəruri avadanlıqları (varsa) gətirməlidirlər.
Qrafiklə buradan tanış ola bilərsiniz.
Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.
Qeyd: Qış idman növləri ixtisasının və Naxçıvan Muxtar Respublikasında imtahan verəcək futbol, atletika və basketbol ixtisasları üzrə imtahana buraxılış vərəqələri yaxın vaxtlarda saytımıza yerləşdiriləcək.