İyulun 26-dan etibarən başlayan imtahanlar avqustun 7-dək davam edəcək. İmtahanlar əsasən Bakıda, avqustun 7-də isə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində keçiriləcək.
Məşqçilik ixtisasına qəbul olmaq istəyən abituriyentlər 20 idman növü üzrə qabiliyyət imtahanı verirlər.
Abituriyentlərə imtahan zamanı idman hərəkətləri, normativlər və təhlükəsizlik qaydaları izah olunur. Müvafiq idman növləri üzrə normativlərin icrası üçün abituriyentlər zəruri avandalıqlarla və tərəf müqabili ilə təmin olunurlar.
Əlavə olaraq bildiririk ki, Naxçıvan Muxtar Respublikasında yaşayan və Bakıda ixtisas imtahanı verəcək 20 abituriyent üçün təyyarə bileti Gənclər və İdman Nazirliyi tərəfindən təmin edilib.
Qeyd: İmtahan normativləri ilə "Abituriyent" jurnalının Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi buraxılışında və DİM-in "Youtube" səhifəsində tanış ola bilərsiniz.