Treninqdə Dövlət İmtahan Mərkəzinin Bərdə RB-si üzrə Ağcabədi,Ağdam,Bərdə, Beyləqan,Füzuli,Tərtər,Laçın,Xocavənd və Yevlax rayonlarının təhsil şöbələrinin məsul şəxsləri, bir sıra ümumtəhsil müəssisələrinin, həmçinin regionda fəaliyyət göstərən peşə liseyləri və internat məktəblərinin əlaqələndiriciləri iştirak etmişlər. Tədbirdə “Şagird-Məzun” elektron informasiya sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər, qarşıda duran vəzifələr, tətbiq olunan yeniliklər və s. məsələlər barədə geniş məlumat verilmiş və iştirakçıların sualları ətraflı cavablandırılmışdır.
Treninq zamanı, həmçinin, otk.az saytı haqqında məlumat verilmiş, saytdan istifadə qaydaları izah edilmiş, saytda online imtahanlarda iştirak etmək üçün hədiyyə kuponları paylanmışdır.