Akademiyanı bu il bitirən məzunlar arasında Azərbaycan vətəndaşları da olub.
Buraxılış mərasimində akademiyanın dekanı Martin Kroytner açılış nitqi ilə çıxış edib. Sonra buraxılış mərasimində dünyanın 15-dən çox ölkəsini təmsil edən 22 məzun, o cümlədən proqramı fərqlənmə ilə başa vuran azərbaycanlı məzunlar – Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Elçin Mahmudov və Dövlət İmtahan Mərkəzinin əməkdaşı Vüqar Əsgərov diplomlarla təltif olunub.
Mərasimdə, həmçinin Vyanada yerləşən beynəlxalq təşkilatların, diplomatik missiyaların və ali təhsil müəssisələrinin yüksək səviyyəli nümayəndələri iştirak edib.
Sonda məzunlar və akademik heyət birgə xatirə şəkli çəkdirib.