Dövlət İmtahan Mərkəzində (DİM) 24-28 avqust tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan layihələrin idarə edilməsi, daxili audit və çirkli pulların yuyulmasına qarşı mübarizə sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
- PMI - Project Management Institute təşkilatının “Project Management Professional (PMP)®” sertifikat imtahanı;
- Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA--CIA--Part1) sertifikat imtahanı;
- ACAMS (Association of Certified Anti-Money Laundering Specialists) təşkilatının CAMS 6 English sertifikat imtahanı.
Hər imtahanda bir nəfər olmaqla ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan |
Hər həftənin I, II, III, V günləri |
Səhər növbəsi: 08:30–13:30 Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE Academic) |
Hər həftənin IV günləri |
Səhər növbəsi: 10:00–13:00 Günorta növbəsi: 15:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.