Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “S.S.Axundov və Ə.Rəcəbli küçələrinin kəsişməsində yerləşən imtahan korpusu və Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binada liftlərə texniki xidmətin” satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “LİFT-SERVİS N.” MMC (VÖEN: 2000853641) qalib elan olunmuş və həmin şirkətlə 12 418, 32 (on iki min dörd yüz on səkkiz manat 32 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 12 aydır.