Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “2023 və 2024-cü illər üzrə təsərrüfat fəaliyyətinin və konsolidə olunmuş maliyyə hesabatlarının kənar audit” xidmətinin satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “ABACUS AUDİT AND CONSULTİNG” MMC (VÖEN: 1503469551) qalib elan olunmuş və həmin şirkətlə 31 570, 00 (otuz bir min beş yüz yetmiş) manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 11 aydır.