Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “Fotosel qapılara və turniketlərə illik texniki xidmətin” satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “AUTODOOR TRADER” MMC (VÖEN: 1007528951) qalib elan olunmuş və həmin şirkətlə 25 270, 00 (iyirmi beş min iki yüz yetmiş manat) məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 12 aydır.