Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “avtomatlaşdırılmış çap xətləri üçün texniki xidmətin göstərilməsi və ehtiyat hissələrinin” satın alınması ilə əlaqədar dərc edilmiş açıq tenderdə “BAKİNİTY DİSTRİBUTİON” MMC (VÖEN: 1001473201) qalib elan olunmuş və həmin şirkətlə 573 110, 66 (beş yüz yetmiş üç min yüz on) manat 66 qəpik məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 12 aydır.