Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “imtahanların təşkili üçün istifadə olunan materialların” satın alınması ilə əlaqədar dərc edilmiş açıq tenderdə “A4 OFİS” MMC (VÖEN: 2002760381) qalib elan olunmuş və həmin şirkətlə 104 229, 40 (bir yüz dörd min iki yüz iyirmi doqquz manat 40 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 20 iş günüdür.