Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43 ünvanında yerləşən binanın icarəsi xidmətinin satın alınması ilə əlaqədar bir mənbədən satınalma metodu tətbiq olunmuş, “Fiziki şəxs Mahmudov Elşad Soltan oğlu” (VÖEN: 6000718642) ilə 31 200, 00 (otuz bir min iki yüz manat) məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 12 aydır.