Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, giriş 50 ünvanında yerləşən imtahan korpusunda rabitə otağı üçün soyutma sisteminin quraşdırılması” işlərinin satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “STORM-ENGINEERING” MMC (VÖEN: 2006903391) qalib elan olunmuş və həmin şirkətlə 29 071, 66 (iyirmi doqquz min yetmiş bir manat 66 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 30 iş günüdür.