Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, Xətai 7 ünvanında yerləşən 4 nömrəli tam orta məktəbdə elektron imtahanların keçirilməsi üçün texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə əlaqədar bir mənbədən satınalma metodu tətbiq olunmuş, “AZEDUNET” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1301531871) ilə 7 253,46 (yeddi min iki yüz əlli üç manat 46 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin icra müddəti 12 aydır.