Görüşdə Beynəlxalq Təlim və Layihə Mərkəzindən layihənin meneceri Tariyel Dövlətov, Azərbaycan Respublikasının Təhsil İnstitutundan layihənin meneceri Ülkər Zaidzadə, aparıcı ekspert Etibar Seyidzadə, ADA-nın professoru Abzətdin Adamov, ekspertlər Naidə İsayeva, Əli Həsənov, DİM tərəfdən şöbə müdiri Afiqə Batıyeva, sektor müdiri Günay Rüstəmzadə, fənnin kuratoru Samir Hüseynli və ekspertlər fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İsmayıl Qafarov, texnika üzrə fəlsəfə doktoru Zaur Hacıyev iştirak ediblər.
Görüşdə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən hazırlanmış 10-cu sinif şagirdləri üçün “İnformatika” dərs vəsaitinə DİM-in ekspertlərinin ilkin rəyinin müzakirəsi aparılıb.
Növbəti həftədə DİM-in ekspertləri tərəfindən hazırlanmış yekun rəy formalaşdırılacaq və BP Azərbaycan və Beynəlxalq Təlim və Layihə Mərkəzinə təqdim ediləcək.