İmtahan saat 11:00-da başlanır və 4 saat davam edəcək.
İmtahan DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında kompüterlər vasitəsilə aparılacaq.
İmtahanda 163 nəfərin iştirakı nəzərdə tutulur. Namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.