• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirəm!

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      22.07.2026 12:56

      Azərbaycan milli mətbuatının tarixi yalnız informasiya yayımının deyil, həm də xalqın maariflənməsi, milli şüurun formalaşması və cəmiyyətin yeniləşməsi tarixidir. 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti elmə, təhsilə və tərəqqiyə çağırış edərək milli mətbuatımızın əsasını qoydu. XIX əsrin sonu və XX əsrin əvvəllərində nəşr olunan qəzet və jurnallar isə hələ dərin patriarxal təsəvvürlərin hökm sürdüyü, təhsilin geniş təbəqələr üçün əlçatan olmadığı bir cəmiyyətdə xalqın maariflənməsini özlərinin başlıca missiyalarından biri hesab edirdilər.

      Həmin dövrün ziyalıları mətbuat vasitəsilə insanları oxumağa, düşünməyə, elmə və dünyəvi təhsilə yönəldir, cəhalətə, geriliyə və sosial ədalətsizliyə qarşı mübarizə aparırdılar. “Molla Nəsrəddin” kimi nəşrlər yalnız mövcud problemləri göstərmir, həm də cəmiyyətə özünə kənardan baxmaq, nöqsanlarını görmək və dəyişmək cəsarəti verirdi. İlk milli mətbuat orqanları təhsilin, qadınların maariflənməsinin, milli dilin və ictimai tərəqqinin əhəmiyyətini xalqın şüuruna çatdıraraq milli oyanışda mühüm rol oynayırdılar.

      Bu gün texnologiyaların inkişafı ictimai sözü demək olar ki, hər kəs üçün əlçatan edib. Hər bir insan informasiya yarada və onu geniş auditoriyaya çatdıra bilər. Lakin bu, peşəkar jurnalistikaya ehtiyacın azalması demək deyil. Əksinə, informasiya, fikir və emosiyaların sürətlə yayıldığı müasir dövrdə cəmiyyət dürüst, qərəzsiz və peşəkar sözə əvvəlkindən daha çox ehtiyac duyur.

      Jurnalist yalnız yazıları ilə deyil, həm də şəxsiyyəti, mövqeyi və davranışı ilə insanların hörmət və etimadını qazanmalıdır. Haqqında yazdığı mövzunu dərindən öyrənməli, faktları yoxlamalı və hər bir sözün doğura biləcəyi nəticəyə görə məsuliyyət daşımalıdır. Müasir texnologiyalar məlumat axtarışını xeyli asanlaşdırır, lakin onlar peşəkar vicdanı, analitik düşüncəni və həqiqəti yanlış məlumatdan ayırmaq bacarığını əvəz edə bilməz.

      Sözün təsirli olması üçün onu yüksək səslə demək şərt deyil. Əsas olan, ilk növbədə, insanın özü ilə dürüst olması, müraciət etdiyi insanlara hörmətlə yanaşması, həqiqəti emosiyadan, faktı fərziyyədən, dəyərli fikri informasiya səs-küyündən ayıra bilməsidir. Etimadı qazanmaq çətindir, onu qorumaq isə daha böyük peşəkarlıq və məsuliyyət tələb edir.

      Biz öz fəaliyyətimizdə mətbuatda və sosial şəbəkələrdə yayımlanan materialları daim diqqətlə izləyirik. Peşəkar və əsaslandırılmış tənqidi səmimi şəkildə yüksək qiymətləndiririk. Jurnalistlərin bizim özümüzün görmədiyimiz və ya yetərincə hiss etmədiyimiz məqamları üzə çıxarması, mövcud problemlərə diqqət yönəltməsi və bununla da fəaliyyətimizi təkmilləşdirməyə kömək etməsi bizim üçün xüsusilə dəyərlidir.

      Milli mətbuatımızın ilk nümayəndələri sözü xalqın maariflənməsinə və inkişafına xidmət edən bir missiya kimi qəbul edirdilər. Arzu edirəm ki, müasir Azərbaycan jurnalistikası da bu böyük maarifçilik ənənəsinə sadiq qalaraq cəmiyyətin düşünməsinə, həqiqəti dərk etməsinə və daha yaxşı gələcək qurmasına xidmət etsin.

      Bütün media nümayəndələrinə peşəkar prinsipiallıq, müstəqil düşüncə, cəmiyyətin hörmətini və sözlərinə daim sadiq qalmağı arzulayıram.

      Milli Mətbuat Gününüz mübarək!

      Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram