15 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılar xidmətin mənəvi dəyərlərini, işdə daxili enerjinin rolunu və motivasiyanın azalmasının nəticələrini müzakirə etdilər. Təlimdə “özünü müəyyənləşdirmə” və “ictimai xidmət motivasiyası” anlayışları əsasında praktiki tapşırıqlar yerinə yetirildi, həmçinin dövlət qulluqçularında xidmət ruhunu, məsuliyyəti və vətəndaşlara yönəlik davranışı gücləndirmək, motivasiyanı qoruma yolları və dövlət xidmətində sağlam emosional mühitin əhəmiyyəti vurğulandı.
Sonda iştirakçıların sualları cavablandırılıb.