11 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçisi Nərmin Xəlilova tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Çevik və inkişaf yönümlü idarəetmə” mövzusunda təlim keçirilib.
Təlim zamanı effektiv resursların idarə edilməsi, resursların planlaşdırılması,izlənməsi və nəzarət, prioritetləşdirmə, komanda dinamikası, komanda rolları: belbin komanda rolları nəzəriyyəsi, komanda daxili ünsiyyətin əhəmiyyəti, münaqişələrin idarəedilməsi. komandada münaqişələrin həlli üçün üsullar, aktiv dinləmə, emosional zəka və resursların idarəedilməsi, emosional zəkanın rolu, empatiya komanda harmoniyası. istedadların idarəedilməsi, istedadların kəşfedilməsi, komanda üzvlərinin güclü tərəflərinin müəyyən edilməsi: swot analizi, motivasiya düzgün feedbackin verilməsi barədə iştirakçılara məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.