İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində ADA Universitetinin 1 tədris binasında təşkil olunub. İmtahanda 128 şagirdin iştirakı gözlənilirdi. Daxil olan ilk məlumatlara görə 9 şagird müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyib. İmtahanının təşkili və idarəedilməsi məqsədilə DİM əməkdaşlarından 1 nəfər imtahan rəhbəri və 8 nəfər isə zal nəzarətçisi qismində prosesə cəlb edilib.
İmtahanda 11-ci sinif şagirdlərinə riyaziyyat fənni üzrə qapalı və açıq tipli tapşırıqlar (13 qapalı, 5 kodlaşdırıla bilən, 7 yazılı cavab tələb olunan açıq test tapşırıqları olmaqla, ümumilikdə 25 test tapşırığı) təqdim olunub.
Test tapşırıqlarının cavablandırılması üçün 1 saat vaxt ayrılıb.