Dövlət İmtahan Mərkəzi DAAD-ın Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayır. Layihə çərçivəsindəki təlimlər 24 fevral – 1 aprel 2021 tarixlərində reallaşdırılacaq və 5 həftə davam edəcək.
Xarici dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) təqdimatı, alman dili üzrə biliyin qiymətləndirilməsi zamanı bu çərçivə sənədindən istifadə ilə bağlı tövsiyələr, müxtəlif dil bacarıqlarının (dinləmə, oxu, yazı, danışıq) qiymətləndirilməsinə dair xüsusi mövzuları əhatə edəcək.
“Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsindəki təlimlər dilin qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniyanın Ruhr Universitenin müəllimi Anna Soltyska tərəfindən həyata keçiriləcək.