İmtahan 20 fevral 2025-ci il tarixində DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.
Qeyd edək ki, “B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. İmtahanda 3 nəfər iştirak edib. Bu imtahan 4 bölmədən ibarətdir:
- Oxu (Reading) - 45 dəqiqə;
- Yazı (Writing) – 45 dəqiqə;
- Dinləmə (Listening) - 35 dəqiqə;
- Danışıq (Speaking) – 14 dəqiqə.
Digər tərəfdən, “A2 Key/A2 Key for Schools” kvalifikasiyasını götürməklə isə namizəd sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir. İmtahanda 12 nəfər iştirak edib. Bu imtahan da 4 bölmədən ibarətdir:
- Oxu (Reading) və Yazı (Writing) – ümumilikdə 1 saat davam edəcəkdir.
- Dinləmə (Listening) - 30 dəqiqə;
- Danışıq (Speaking) – 12 dəqiqə.
Həmçinin qeyd etmək lazımdır ki, hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.
İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.
Kembric kvalifikasiyaları barədə ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.