Seminarda DİM-in Qabiliyyət imtahanları üzrə sektorunun və İmtahanın texnoloji təminatı sektorunun əməkdaşları və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mütəxəssisləri iştirak ediblər. Əvvəlcə 2019/2020-ci tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarında bədən tərbiyəsi və idman istiqamətinin Məşqçilik ixtisasına qəbulun nəticələri müzakirə edilib, daha sonra qarşıya çıxan məsələlər barəsində təkliflər irəli sürülüb.
İclasda, həmçinin Məşqçilik ixtisası üzrə keçirilən qabiliyyət imtahanlarının qiymətləndirilmə meyarlarından, qəbul proqramından, müsabiqə şərtlərindən və növbəti qəbul ilində keçiriləcək qabiliyyət imtahanlarının texnoloji təminatı müzakirə edilib. Sonda irəli sürülən təkliflərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.
Seminarlar nəticəsində qəbul edilən yeni qəbul proqramları, müsabiqə şərtləri və s. haqqında məlumatlar DİM-in internet saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının xüsusi buraxılışı olan " Xüsusi qabiliyyət imtahanları " adlı jurnalın 1-ci sayında dərc ediləcəkdir.