Dövlət İmtahan Mərkəzində (DİM) 21-25 sentyabr tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan eyni zamanda IT, marketinq və akademik ingilis dili sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
· Oracle təşkilatının “Java SE 8 Programmer I” (1Z0-808) və “Oracle Database SQL” (1Z0-071) sertifikat imtahanları;
· Digital Marketing Institute təşkilatının “Certified Digital Marketing Professional (CDMP8.0)” sertifikat imtahanı;
· Pearson VUE təşkilatının “Pearson Test of English Academic (PTE Academic) imtahanı.
İmtahanlarda ümumilikdə 6 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan |
Hər həftənin I, III, V günləri |
Səhər növbəsi: 08:30–13:30 Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE Academic) |
Hər həftənin II günləri |
Günorta növbəsi: 15:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.