Dövlət İmtahan Mərkəzində bu həftə Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan “PTE Academic” beynəlxalq akademik ingilis dili imtahanı təşkil olunub.
İmtahanda 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara riayət olunub.
Xatırladaq ki, DİM-in Pearson VUE təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən PTE Academic (akademik ingilis dili testi), həmçinin müxtəlif ixtisas sahələrinə aid (İT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 140-dan çox imtahanı keçirmək hüququ var. DİM-də keçirilən Pearson VUE imtahanlarının arasında PMI, Microsoft, Oracle, CompTIA, IIA, Cisco və bir sıra digər təşkilatların imtahanları var.
Ətraflı məlumat: https://dim.gov.az/activities/exams/pearson-vue/